COVID-19 və "Britaniya ştammı": oxşar və fərqli cəhətlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniyada SARS-CoV-2 virusunun yeni variantı ötən ilin axırlarında müəyyən edilib. B.1.1.7 adlı yeni ştamm dekabr ayında həmin ölkədə sürətlə yayılıb. Daha sonra isə digər ölkələrdə, həmçinin Azərbaycanda da aşkar edilib.
Yeni növ koronavirusun (COVID-19) Böyük Britaniyada aşkarlanan və dünyaya yayılan ştammı xəstəliyin yoluxma qabiliyyətini artırıb. Ştammın bu xüsusiyyətinə baxmayaraq, onun ölüm göstəriciləri daha təhlükəli olması barədə müxtəlif fikirlər mövcuddur. Yəni ştamm uşaq və böyüklərdə bir sıra fəsadlara səbəb olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Nahid Məhərrəmov bu barədə deyib: "Əgər kimsə bu virusu çox ağır şəkildə keçirirsə, bir müddət sonra ağciyərdə fibroz bir toxuma və yaxud hansısa bir orqanda ciddi bir narahatlıq yaranırsa, gələcəkdə təngnəfəslik, halsızlıq ola bilər. Bu, əsasən müalicə prosesi gecikdiyi hallarda olur. Yaxud ağciyərdə tutqunluq olanlarda yarana bilər, məsələn, fibrozlaşma, konsalidasiya problemləri olanda müşahidə edilir. Uşaqlarda immun sistemi sürətlə inkişaf etdiyi üçün istənilən virus onlara az təsir göstərir. Lakin bütün hallarda uşaqları qorumaq lazımdır".
COVID-19-la müqayisədə "Britaniya ştammı"nda 23 dəyişiklik müəyyən edilib. Virusa yoluxanların statistik göstəricilərinin təhlili əsasən iki ştamm arasında həm bənzər, həm də fərqli xüsusiyyətlər və müxtəlif simptomlar müəyyən edilib.
Həkim Ləman Qalimova isə koronavirusun ştammları arasındakı həmin xüsusiyyətlər barədə deyib: "Ağırlaşma və öldürücülük dərəcələrinə görə demək olar ki, onlar eynilik təşkil edirlər. Yeni variantda hədsiz dərəcədə yorğunluq, boğaz, əzələ və baş ağrıları kimi simptomlar olur. Bu ştammda digər variantdan fərqli olaraq dadbilmə və iybilmə qabiliyyətinin itməsində bir qədər azalma olur. Baş ağrısı, ishal, qusma kimi simptomlar digər variantda olduğu kimidir".
Ölkəmizdə "Britaniya ştammı"nın aşkar edilməsi və son günlərdə virusun yayılması yeni variantın daha yoluxucu olduğunu deməyə əsas verir. Mütəxəssislər virusla mübarizədə indiyədək olduğu kimi sosial məsafənin qorunmasının, təmasların azaldılmasının, gigiyena tədbirlərinə riayət edilməsinin və paralel olaraq vaksinasiya prosesindəki aktivliyin hələ ki, ən səmərəli yol olduğunu deyirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür





