Bənövşəyəm, bənövşə, düşmüşəm dilə-dişə... - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zərif qoxulu bənövşələr əsrlər, minilliklər boyunca insanların sevimlisi olub. Şəninə şeirlər qoşulub, gözəlliyi, boynubüküklüyünün arxasındakı məğrurluğu vəsf olunub, rəvayətlər vasitəsilə dildən-dilə düşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dağlarda və mülayim iqlim zonalarında bitən bənövşələrin 500-ə, bəzi mənbələrə görə isə 700-ə yaxın bioloji növü məlumdur.
Bənövşələrin ölkəmizdə çiçəklənmə dövrü fevralın axırlarından başlayaraq aprelin sonuna kimi davam edir. Bu müddət dağlıq və dağətəyi zonalarda daha uzun ola bilir, eyni zamanda, növündən asılı olaraq bəzi bənövşələr sentyabra qədər çiçək açır. Bəzən bu bitkiləri əkməklə də artırmaq olur. Bənövşə toxum və şitil kimi yazın ilk aylarında əkilir. Əgər gec əkilərsə, gec də çiçək açar. Bir sözlə, iqlimi nəzərə almaq lazımdır. Bənövşə soyuğadavamlı bitkidir. Lakin toxumu qarın altında qaldıqda və ya suda donduqda məhv olur.
Əsasən dekorativ bitki olan bənövşədən, həmçinin elmi təbabətdə - fitoterapiyada, parfümeriyada istifadə olunur.
Xalq təbabəti ilə məşğul olan Şakir Əliyevin sözlərinə görə, bənövşədən dermotitlərdə, allergiyalarda, qadın xəstəlikləri, dəri xəstəlikləri, bronxit soyuqdəymə, mədə-bağırsaq və sidik ifrazı sistemi xəstəlikləri zamanı, hətta onkoloji xəstəliklərdə və qarayara - Sibir yarası xəstəliklərinin müalicəsində istifadə edilir. Çöl bənövşəsi dermotitlər, allergiyalar, qarayara xəstəliklərinin müalicəsinə, ətirli bənövşə isə qızdırma, sudurğa və epilepsiyaya müsbət təsir göstərir.
Bənövşəni gün çıxandan sonra, yəni havada yağış, nəm olmadığı hallarda yığmaq lazımdır. Tərkibində kumarin adlı kimyəvi maddə var. Bu maddədən leykositlərin azalması, immunçatışmazlığı zamanı istifadə olunur. Ətirli bənövşə yuxusuzluğa, başağrısına, yerüstü hissəsi isə onkologiyada süd vəzilərinin fibrosistik dəyişikliklərinə, xronik kistoza qarşı faydalıdır. Bərkimiş kütlənin yumşalmasını və sovrulmasını təmin edir.
Ətirli bənövşə bağda da bitir. Tünd bənövşəyi və bənövşəyi-göy rəngdə olur. Bağ bənövşəsi isə açıq rəngli olur. Qeyd etmək lazımdır ki, sarı bənövşənin çiçəkləri orqanizm üçün təhlükəlidir. İstifadəsinə gəldikdə isə, 1 xörək qaşığı qurudulmuş bənövşəni 2 stəkan suda dəmləyib gün ərzində 50-100 qramarası istifadə etmək olar. Dəri xəstəlikləri zamanı bənövşə yağını dəriyə sürtməklə müsbət nəticə almaq olar. Bənövşənin çiçəyindən çay kimi dəmləyib içmək və ya dəm çaynikinə atmaqla da istifadə edilir. Hepatit xəstəliyindən əziyyət çəkən şəxslər bənövşə dəmləməsindən qəti şəkildə istifadə etməməlidirlər.
Adətən uzunömürlü olan bənövşənin bəzi növləri az yaşayır. Hətta mövsümlük olur. Yarpaqları ürək şəklində olan çiçəyin rəngi isə adından göründüyü kimi, əsasən bənövşəyidir. Amma mavi, sarı, ağ, çəhrayı çalarlı bənövşə növləri də var. Bir sıra ölkələrdə bənövşədən salatlara dekorasiya vermək və ya balıq yeməklərinə dad qatması üçün istifadə olunur.
Günəş işığı istəməsə də, həddən artıq soyuq və ya isti hava çiçəyin boynunu bükür. Çiçəklənməsi üçün bol işığa ehtiyacı olsa da, günəş şüası birbaşa onun üzərinə düşməməlidir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hamımızın içdiyi məşhur içki TƏHLÜKƏLİDİR
-
Hər 8 nəfərdən biri qəbul edir - Heç bir təsiri YOX İMİŞ
-
Makaronun faydaları nələrdir? - sağlam qidadırmı?
-
Bu meyvə şirəsi ürəyin DƏRMANIDIR
-
Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ
-
Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağındaca yetişir
XƏBƏR LENTİ
-
Tofiq Paşayeva ağır itki
-
“Bu, İsrail üçün tələyə çevrilib”
-
SEPAH ABŞ-yə ultimatum verdi
-
Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır - Bəyanat
-
Starmer də İrəvana gəldi
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
-
ABŞ hərbçiləri bu ölkədə itkin düşdülər
-
Bakının bu ərazilərində ilanlar AKTİVLƏŞİB
-
Təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub
-
Zelenski İrəvana səfər etdi
-
Meteohəssas insanların DİQQƏTİNƏ
-
Oktay Çubukun vəziyyəti necədir?
-
Əkiz bacılar DNT testi hər kəsi təəccübləndirdi
-
Bir reklamdan 5 milyon manat qazandı - Rekord
-
Sürücülərin nəzərinə!
-
Belə bərbərxana görmüşdünüz? - Oriental rəqqasələrin müşayəti ilə saç qırxırlar - VİDEO
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
"Heç öz ad günümdə tort YEMİRƏM"
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
-
"Real"ın keçmiş ulduzunun son halı ÜZDÜ: Tanınmaz haldadır - FOTOlar
-
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO
-
"Ürəyimi açdım, arxamdan VURDU"
-
Dünya çempionatından əvvəl "ZƏLZƏLƏ": Futbol azarkeşləri ŞOKDA
-
Bakı marafonunda birinci olduğum üçün çox xoşbəxtəm - Əhməd Alkanoğlu





