Soyuq günlərin isti içkiləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Soyuq havalı günlərdə isti içkilər qəbul etmək çox faydalıdır. Yeməkdən bir müddət sonra qəbul edilən isti içki, o cümlədən çay infarkt, beyin-damar xəstəlikləri riskini azaldır. Xüsusən yaşıl çayda olan antioksidantlar yaddaşsızlığa səbəb olan fermentin aktivləşməsinin qarşısını alır. Lakin qeyd etmək lazımdır ki, yaşıl çayın tərkibində kofein mövcud olduğundan həkimlər gün ərzində iki fincandan artıq içməyi məsləhət görmürlər.
Milli.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Rasionumuzda xüsusi yer tutan qəhvə antioksidantlarla zəngin olduğu üçün xərçəng riskini azaldır. Araşdırmalar göstərir ki, qəhvə həm də şəkər xəstəliyinin yaranmasının qarşısını alır. Ona görə də gün ərzində iki-üç fincan qəhvə içmək məsləhətdir. Lakin unutmaq olmaz ki, qəhvənin çox qəbul edilməsi yuxu probleminin yaranmasına səbəb olur. Həmçinin qəhvənin tərkibindəki kofestol maddəsi qanda xolesterini yüksəldir".
Mütəxəssislər bildirirlər ki, qara çay mövsümi soyuqdəymələr zamanı çox faydalıdır. Tərkibi B2, C və E vitaminləri ilə zəngin olan çay qan dövranını yaxşılaşdırır. Bu ətirli içki ürək-damar xəstəliklərinə profilaktik təsir göstərir. Həddindən çox çay içmək yuxusuzluğa, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər.
Həkim-diyetoloq bildirib: "Bol vitamin və minerallarla zəngin olan süd isə həm də zəngin kalsium mənbəyi hesab olunur. Süd yaddaşı gücləndirməklə qanda xolesterinin səviyyəsini azaldır, dişlərin erkən çürüməsinin qarşısını alır. Həmçinin bu içki dərini cavan saxlayır. Araşdırmalar göstərir ki, süd həm də mədə-bağırsaq xəstəliklərinin dərmanıdır. Gün ərzində bir neçə dəfə süd qəbul etmək olar. Sinir toxumalarının inkişafında süd qəbul edilməsinin xüsusi rolu var".
Beləliklə, isti içkilər soyuq aylarda həm canı isidir, həm də sağlamlığa çox müsbət təsir göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
Şəkidə məşhur əyləncə mərkəzində faciə: İki nəfər öldü - Yenilənib - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
Leyla Əhmədova həbs edilib
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq
-
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır
-
İnarə Mirhəsənova yüksək vəzifəyə təyin edildi
-
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
-
Əməkdar artist 25 il "cavanlaşdı" - Yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir





