Sağlamlıq

Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkmdən AÇIQLAMA

28 Mart 2021 22:49
Baxış: 1 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yüksək təzyiqdən əziyyət çəkən xəstələr ömürlük hipertenziya dərmanlarını qəbul etməlidir. Bəzən xəstə dərmanı qəbul edir, amma gün ərzində təzyiqi yenə yüksəlir.

Milli.Az xəbər verir ki, həkimlər təzyiq dərmanının qəbul edilmə vaxtının necə təsir etməsini araşdırıb.

İspan alimləri nəhayət ki, uyğun vaxtı tapıblar.

Elmi araşdırmada onlar 19 min nəfər könüllü təzyiq xəstəsinə nəzarət ediblər.

Məlum olub ki, axşam və ya yuxudan əvvəl tablet qəbul edənlərdə gün ərzində təzyiq stabil qalıb.

Lakin həkimlər nədənsə təzyiq dərmanlarını daha çox səhər yeməyindən sonra yazır.

Görünür, bu ənənəni pozmaq lazım olacaq və xəstələr bir müddət gecə dərmanı qəbul edib yatmağı sınasalar yaxşı olar. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.