Sağlamlıq

Hansı yaşdan sonra demensiyadan yoxlanmaq lazımdır - Nevroloq

24 Mart 2021 22:25
Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Demensiya, Alsgeymer, qocalıq əqli geriləmə son 5 ildə dünyada rekord vuran nevroloji, psixoloji xəstəlikdir. Yaddaşı, beyni gəncliyində iti olan biri 60 yaşdan sonra birdən-birə uşaq kimi olur.

Milli.Az bu problemə hansı yaşda diqqət ayırmağı araşdırıb.

Rusiyalı nevroloq Viktor Şaxnoviç bildirib ki, demensiyanı damar divarlarının elastikliyinin pozulması yaradır. Ona görə damarların vəziyyətini yoxlamaq lazımdır.

Həkim bildirib ki, ilkin əlamətlər yüksək təzyiq, yaddaşda pozulma, unutqanlıq ola bilər.

Məsələn, insan bir az əvvəl qoyduğu əşyanın yerini unudur.

Və yaxud evdən çıxır və hara gedəcəyini bir anlıq bilmir.

Demensiya və Alsgeymer genetikdir və ötürülür.

Hələ ki, dünyada bu xəstəliyin öncədən profilaktikası yoxdur.

35-40 yaşdan sonra bəzi analiz və testləri vemək lazımdır. Bunlara lipid, xolesterin, qan qatılığı analizi, koaluqramma, ürək, beyin damarlarının müayinəsi aiddir.

Beləliklə, demensiyadan yoxlanmaq üçün 40 yaşdan sonra 1-2 ildən bir müayinələr lazımdır. 60 yaş artıq gec ola bilər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.