Sağlamlıq

Bu əlamət ölümcül xəstəlikdən xəbər verə bilər

28 Mart 2021 22:44
Baxış: 1 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dərinin solğunluğu bağırsaq xərçənginin əlaməti ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Express" nəşri Britaniya Onkoloqlar Assosiasiyasına istinadla məlumat yayıb.

Məlumata əsasən, bir çox hallarda üz dərisinin ağarması qan azlığı xəstəliyindən xəbər verir. Lakin qanda dəmir azlığının özü bəzən onkoloji xəstəlik səbəbindən baş verə bilər.

Bağırsaq xərçənginin əsas əlamətləri nəcisdə qan, qarın boşluğunun aşağı hissəsində davamlı ağrı və bağırsaq fəaliyyətində dəyişikliklərdir. Əgər bu əlamətlərdən hər hansı biri üç həftə davam edərsə, dərhal həkimə müraciət etmək lazımdır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.