Sağlamlıq

Koronavirusa ən həssas insanlar açıqlandı

14 Fevral 2021 20:17
Baxış: 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış həkim və televiziya aparıcısı Yelena Malışeva koronavirusun ölümcül xəstəlik olduğunu söyləyib.

Milli.Az xəbər verir ki, həkimin sözlərinə görə, virus xüsusilə yaşlı insanlar üçün risklidir.

"Yaşı 80-dən yuxarı olan və koronavirusa yoluxan hər üçüncü şəxs ölür, 70 yaşda ölüm riskinə hər dörd nəfərdən birində rast gəlinir, 60-70 yaş arasında isə hər beş nəfərdən biri infeksiyanın qurbanı olur.

Yaşlı insanlar peyvəndə daha asan dözür, koronavirusa yoluxma isə ondan min və milyon dəfə daha təhlükəlidir və peyvəndin bütün mümkün mənfi təsirlərini aşır", - həkim "Жить здорово!" (Sağlam yaşamaq) verilişində bildirib.

Malışeva əlavə edib ki, peyvənd barədə qərar verməzdən əvvəl bütün riskləri ölçmək lazımdır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.