Sağlamlıq

"Çin vaksini infeksiyaya qarşı yetərincə təsirlidir" - Professor Uğur Şahin

28 Dekabr 2020 06:30
Baxış: 1 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin vaksini (Çində fəaliyyət göstərən dünyaca məşhur "Sinovac Biotech" dərman şirkətinin istehsal etdiyi "Sinovac" vaksini) infeksiyaya qarşı yetərincə təsirlidir. Çin və yaxud başqa ölkənin istehsalı olan peyvəndlər narahatlıq yaratmasın. Çinlilər də bu vaksin üzərində uzun bir zaman işləyib və klinik sınaqlardan uğurla keçiriblər. Əsas məsələ yetərincə sayda vaksinin Türkiyəyə yetişməsidir. Bu vaxta qədər hazırlanan vaksinlər virusa qarşı yaxşı təsirdədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri "Pfizer/BioNtech" peyvəndinin ixtiraçısı, türk əsilli professor Uğur Şahin ifadə edib.

Qeyd edək ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə aparmaq üçün Çində fəaliyyət göstərən dünyaca məşhur "Sinovac Biotech" dərman şirkətinin istehsal etdiyi "Sinovac" vaksinindən 50 milyon doza sifariş edib. Bu peyvəndin ilk partiyasının dekabrın 28-də Türkiyəyə gətirilməsi gözlənilir. Səhiyyə işçiləri başda olmaqla yaxın günlərdə kütləvi peyvəndləmə başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.