Sağlamlıq

Koronavirusa yoluxma riskini artıran yeni bir səbəb

20 Dekabr 2020 21:35
Baxış: 1 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dar dəhlizlərdə hava axınının dinamikası koronavirusa yoluxma riskini artırır.

Milli.Az xəbər verir ki, amerikalı alimlərin bu barədə araşdırmaları "Physics of Fluids" jurnalında dərc edilib.

Amerika Fizika İnstitutunun mütəxəssisləri simulyasiyalardan istifadə edərək insanı əhatə edən məkanın gəzinti zamanı virus hissəciklərinin yayılmasına necə təsir etdiyini öyrəniblər. Əvvəlcə hava axını sxemlərini təyin edib, sonra asqıranda və ya öskürəndə insanın ağzından atılan damcı buludunun dağılmasını proqnozlaşdıran bir proqram yaradıblar.

Alimlər iki dispersiya rejimini tapıb. Birincisində, açıq sahələrə xas olan və meydana gələn damcı buludu insanın ətrafında qalıb və tədricən dağılıb. İkincisində, dar dəhlizlərə xas olan bulud hərəkət edən şəxsdən ayrılıb və çox geridə qalaraq köpük əmələ gətirib.

Mütəxəssislər ikinci vəziyyətdə yoluxma riskinin daha yüksək olduğu qənaətinə gəlib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.