Sağlamlıq

Nə üçün bir maskanı bir neçə dəfə istifadə etmək olmaz? - Mütəxəssislərdən AÇIQLAMA

14 Dekabr 2020 23:15
Baxış: 1 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir adam ardıcıl bir neçə gün eyni maskanı taxarsa, maska ​​"nəm kompresə" çevrilir.

Milli.Az xəbər verir ki, bunu rusiyalı infeksionist Yelena Belova deyib.

"İnsanlar indi daha az müqavimət yolunu tutublar - təkrar istifadə edilə bilən maska ​​alıb iki-üç həftə onu taxırlar. Sağlamlıq üçün birdəfəlik maskalardan istifadə edib onu düzgün tətbiq etmək daha vacibdir. Nəm maskanı atmaq lazımdır", - deyə Belova deyib.

Onun sözlərinə görə, əgər insanın ağciyərində problem varsa, daha yaxşı bir variant kimi filtrli, qapaqla olan maska almaq yaxşıdır:

"Onlar ağciyər problemi olan insanlara rahat nəfəs almağa imkan verirlər".

Öz növbəsində infeksionist, professor Nikolay Malışev bildirib ki, bir insanın uzun müddət taxdığı maska özünə kir toplayır:

"Birincisi, onun üzərinə nəfəs alırsınız, çirklənir, nəmlənir. Ancaq digər insanlar sizin üstünüzə öskürür, asqırır və siz bunları da toplayırsınız. Əgər gün ərzində dəyişməsəniz, onda onun üzərində daha çox şey olacaq - həm bakteriya, həm də viral çirklənmə. Bu səbəbdən maskanı dəyişdirmək lazımdır". (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.