Sağlamlıq

Spirtdən aşırı dərəcədə istifadə allergik dəri xəstəliklərinə səbəb ola bilər

11 Dekabr 2020 23:47
Baxış: 1 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə ən çox istifadə olunan qoruyucu vasitələrdən biri də spirtdir. Milli.Az bildirir ki, onun istifadə qaydası barədə Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova AZƏRTAC-a məlumat verərək deyib: "Spirtdən gün ərzində nə qədər istifadə edilməsi nə qədər insanla təmasda olmaqdan asılıdır. Çox təmas saxlanılması çox istifadə edilməsini zəruri edir. Ən əsas məsələlərdən biri əlləri spirtlə dezinfeksiya edəndən sonra onu üzə, gözə və buruna toxundurmamaqdır. Lakin spirtdən aşırı dərəcədə istifadə edilməsi xüsusilə xanımlarda və yeniyetmələrdə allergik dəri xəstəliklərinə səbəb ola bilər".

Həkim-dermatoloqun dediyinə görə, spirtin içərisinə su və ya hansısa maye qatılması onun təsir gücünü azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.