Sağlamlıq

20 ildən sonra xərçənglə mübarizədə inqilab olacaq - Professor

9 Dekabr 2020 22:20
Baxış: 1 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "Pfizer" şirkəti ilə birlikdə koronavirus peyvəndi istehsal edən "BioNTech"in icraçı direktoru Uğur Şahin yaxın 20 ildə xərçənglə mübarizədə inqilab olacağını deyib.

Milli.Az bildirir ki, effektivliyi 95 faiz olduğu təsdiqlənən peyvəndin yaradıcısı Uğur Şahin və Özlem Türeci ümidverici açıqlamalar verib. Türkiyəli professor xərçəng müalicəsinin əhəmiyyətli dərəcədə dəyişəcəyini iddia edib. Koronavirus peyvəndinin inkişaf etdiricilərindən biri olan həkim Özlem Türeci duyğularını belə dilə gətirib:

"Peyvəndi inkişaf etdirmək böyük bir duyğudur. Düzgün planlaşdırma ilə heç bir çətinlik olmayacaq".

"İnsan bədəni hüceyrələrinə müəyyən zülallar ifraz etmələrini əmr edərək işləyir və bu zülallar daha sonra antikor reaksiyası meydana gətirir. Koronavirus peyvəndinə daxil olan mRNA (messenger RNA) texnologiyası əvvəlcə xərçənglə mübarizə üçün hazırlanmışdı. Mən COVID-19 peyvəndinin inkişafı ilə yaxın 20 ildə xərçənglə mübarizədə bir inqilab görəcəyimizi düşünürəm. Bu, xərçəng müalicəsinin taleyini əhəmiyyətli dərəcədə dəyişdirməyimizə kömək edəcək", - Uğur Şahin "The Telegraph"a müsahibəsində bildirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.