Sağlamlıq

Alimlər xərçəngə qarşı yeni peyvənd hazırladı

16 Noyabr 2020 21:54
Baxış: 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Miçiqan Universitetinin alimləri şişlərin müalicəsində yeni metod hazırlayıb. Bu, kimyaterapiya ilə immunterapiyanı özündə birləşdirir.

Milli.Az xəbər verir ki, hər iki metod ayrılıqda xəstə üçün əks təsirləri olan variantdır. Kimyaterapiya toksikidir, bəzi şişlərə heç təsir etmir.

Alimlər tədqiqatları laborator siçanları üzərində aparıb.
Siçanlara yeni peyvənd vurulub, daha sonra isə onlara şiş hüceyrələri köçürülüb.

Nəticələr göstərib ki, bütün siçanlar metastazsız sağ qalıb.

Alimlər kliniki tədqiqatları davam etdirir, yaxın gələcəkdə bu peyvənd müxtəlif onkoloji xəstələr üzərində sınanacaq. Uğurlu olacağı təqdirdə, xəstələr gələcəkdə kimyaterapiya almadan müalicə alacaq. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.