Hərarət, öskürək və ya təngnəfəslik olarsa... - Mütəxəssisdən ÇAĞIRIŞ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son günlər COVID-19 üzrə statistikanın artması xəstələnmə riskinin yüksəlməsinə gətirib çıxarır".
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində COVID-19-la mübarizənin gücləndirilməsi üçün yaradılmış İşçi qrupunun üzvü Sevda Məmmədova deyib.
O, koronavirusa qarşı ehtiyat tədbirlərinə hər kəsin əməl etməli olduğunu vurğulayıb: "Hərarət, öskürək və ya təngnəfəslik olarsa, dərhal tibbi yardım üçün müraciət edin, insanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışın, insanlarla aranızda ən azı 2 metrlik fiziki məsafəni saxlayın, maskadan istifadə edin, sabun-su və ya spirt tərkibli antiseptik vasitələrdən tez-tez istifadə edin, qapalı məkanları daim havalandırın. Hamımız bu sadə qaydalara ciddi şəkildə riayət etsək, bütün çətinliklərin öhdəsindən gəlib, özümüz və yaxınlarımızın sağlamlığını qorumuş olarıq".
Nazirliyin mütəxəssisi onu da bildirib ki, yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal "814" Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır.
O, testinin nəticələri pozitiv olan şəxs təcrid olunmasının və onunla bir mənzildə yaşayan ailə üzvlərinin isə bu rejimə riayət etməklərinin olduqca vacib olduğunu vurğulayıb: "Testi pozitiv çıxan simptomsuz və yüngül simptomlu evdə müalicə alan vətəndaşlar xüsusi vitamin kompleksi ilə təmin olunur. Sahə həkimləri tərəfindən həmin xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır və vəziyyətləri müşahidə olunur. Evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur, digər dərman və tibbi müdaxilə həyata keçirilmir. Ölkədə evdə müalicə alan 8000-dən artıq COVID-19 xəstəsi vitamin kompleksi ilə təmin olunub. Sözügedən vitamin kompleksinə C və D vitaminləri, Sink, Selenium, Maqnezium və Parasetamol daxildir. Bu preparatlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır və pasiyentlər tərəfindən 15-20 gün ərzində qəbul edilir".
Onun sözlərinə görə, 12 yaşdan kiçik olan uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür.
Sevda Məmmədova bildirib ki, xəstəliyin gedişatına uyğun olaraq onlar müşahidə altında tutulur, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir: "Uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni təşkil edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Buğda və ya kəpək deyil! Ən sağlam çörəyin hansı olduğu açıqlandı
-
Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
XƏBƏR LENTİ
-
ABŞ-İran gərginliyi fonunda Trampdan mühüm mesaj
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO





