Sağlamlıq

Alimlərdən inqilabi kəşf - İnsan kəlləsində yeni orqan tapıldı

24 Oktyabr 2020 18:00
Baxış: 2 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollandiyalı elm adamları kəllədə əvvəllər təsbit olunmayan bir orqan tapdıqlarını iddia ediblər.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, elm adamları kəllədə burun boşluğunun boğazla birləşdiyi yerdə sıxılmış bir cüt böyük tüpürcək vəzisi tapdıqlarını bildiriblər.

Tədqiqat qrupundan Hollandiya Xərçəng İnstitutunun həkimi Metyu Valstarın sözlərinə görə, müasir anatomiya kitabında tüpürcək vəzilərinin yalnız üç əsas növü var - qulaqların yanında, çənənin altında və dilin altında: "Bunun dördüncüsü olduğunu düşünürük".

Valstar yeni aşkar edilmiş tüpürcək vəzisinin radiasiya terapiyasında zədələnmiş tüpürcək vəziləri üçün "əvəzedici orqan" rolunu oynaya biləcəyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.