Sağlamlıq

Koronavirusdan sağalanlarda saç tökülməsi müşahidə edilib

24 Oktyabr 2020 15:30
Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyasından sağalandan sonra xəstəliyin nəticələrindən biri saçın tökülməsidir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Milli Qlobal Sağlamlıq və Tibb Mərkəzinin alimləri açıqlama verib.

Alimlərin sözlərinə görə sağaldıqdan dörd ay sonra COVID-19 xəstəxanasında yatan insanlar nəfəs darlığı (11 faiz), zəiflik (10 faiz), zəif qoxu (10 faiz), öskürək (4 faiz), həmçinin dad pozğunluqları (2 faiz) kimi bir sıra əlamətlər qalır.

Eyni zamanda, koronavirusdan sağalanların dörddə biri saç tökülməsindən şikayətlənib.

Elm adamları Ebola və ya denqe qızdırması keçirənlərdə oxşar simptomları müşahidə ediblər. Bununla belə saç tökülməsinin xəstələrin emosional həyəcanından da qaynaqlana biləcəyini etiraf ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.