Sağlamlıq

Saxta ətirlərin zərərləri - Xərçəngə səbəb olur

4 Yanvar 2021 01:30
Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saxta ətirlərdən uzun müddət istifadə xərçəngə səbəb ola bilər. Mütəxəssislər original parfumlərin belə tamamən zərərsiz olmadığını bildirərək, kimyəvi tərkibi olmayan təbii qoxulara üstünlük verməyi məsləhət görür.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ətirlərin təsir gördüyü ən önəmli orqanımız dərimizdir. Ona görə də mütəxəssislər onu dəriyə deyil, geyimlərimizə vurmağı məsləhət görür. Həmçinin, qoxuların təmas etdiyi yeri günəşdən qorumaq önəmlidir.

Ətirlərin ən çox təsir gördüyü ikinci orqan isə tənəffüs sistemidir. Saxta ətirlər burun tutulması, öskürək , qıcıqlanma, xroniki baş ağrısı, yorğunluq, qarın ağrısı, gözlərdə allergiya kimi problemlərə yol aça bilər. Uzun müddət saxta ətirlərə məruz qalmaq ağciyər xərçənginin yaranmasında rol oynadığı araşdırmalarda sübut edilib. Araşdırmalara görə, original ətirlərin də tamamən zərərsiz olduğunu deyə bilmərik. Buna görə də kimyəvi tərkibi olmayan təbii ətirlər seçmək sağlamlığınız üçün də önəmlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.