Sağlamlıq

Xərçəng hüceyrələrini öldürməyin yeni üsulu aşkarlandı

30 Sentyabr 2020 22:44
Baxış: 1 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-dakı Sanford Bernem Prebis Tədqiqat İnstitutunun alimləri bloklandıqda sağlam hüceyrələrə toxunmadan xərçəng hüceyrələri ilə mübarizə apara bilən hüceyrə mexanizmi kəşf ediblər. Söhbət müxtəlif maddələrin ötürüldüyü hüceyrə nüvəsində zülal məsamələrinin sintezindən gedir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xərçəng xəstəliyinin yeni potensial müalicəsi barədə "MedicalXpress" veb-saytında yerləşdirilən press-relizdə elan edilib.

Tədqiqatçılar xərçəng hüceyrələrinin molekulların nüvə məsamələri arasındakı hərəkətindən çox asılı olduğu barədə fərziyyəni yoxlayıblar. Yeni zülal kompleksləri (Nüvə məsamələri ondan yaranır) sürətlə bölünən hüceyrələrdə, xüsusən şiş hüceyrələrində meydana gəlir. Bu səbəbdən bu komplekslərə yönəlmiş dərmanlar yalnız bədxassəli hüceyrələri öldürməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.