"COVID-19 statistikaları insanlarda güclü stress yaradıb" - Psixoloq çıxış yollarından danışır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, payızda Avropa ölkələrində yeni növ koronavirusdan ölənlərin sayı artacaq. Bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.
O vurğulayıb ki, vəziyyət daha da çətin olacaq: "Oktyabrda, noyabrda ölüm hallarının sayının artacağı gözlənilir".
Bəs bu tip məlumatlar insan psixologiyasına necə təsir göstərir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı medicina.az-a danışan psixoloq Gülnarə Əliyeva bildirib ki, oktyabr-noyabr aylarında ikinci dalğanın olacağını ÜST-lə yanaşı, TƏBİB də qeyd etdi: "Bunu əhaliyə çatdırmaq lazımdır. Çünki insanlar onları nəyin gözlədiyini bilməli, hazırlıqlı olmalıdırlar. Ümumiyyətlə, koronavirus başlayandan həm müalicəsini bitirdiyim köhnə, həm də yeni pasiyentlərim həddindən artıq stress çəkirlər. Bu daha çox təşviş pozuntusu olanlarda, panik-atak və depressiyaya meyilli insanlarda təşviş oyadır. Demək olar ki, pasiyentlərin 80-90 faizi koronavirus başlayandan stress keçirdiklərini, təşvişə düşdüklərini, ataklarının çoxaldıqlarını, gələcəyə daha ümidsiz baxdıqlarını bildirirlər. Koronavirus başlayanda insanlar normal həyatlarından uzaqlaşdılar, qapandılar. Ən çox insanları qorxudan çip yerləşdirmək və aclıq qorxusu oldu. Əgər dünyada başverən hadisələrə müdaxilə edə bilmiriksə, öz psixologiyamızı, immun sistemimizi qorumalı, özümüzü, düşüncəmizi dəyişməliyik. Burada çətin bir şey yoxdur. Gigiyena qaydalarına indi daha çox riayət etməliyik".
Psixoloq əlavə edib ki, sağlam psixologiyaya sahib olan insanlarda belə koronavirusla bağlı statistikaları eşitdikcə güclü stress yaranıb: "Psixologiyanızın, iradənizin zəif olduğunu düşünürsünüzsə, çalışın xəbər saytlarından uzaq olasınız. Yaxın çevrənizə bununla bağlı xəbərdarlıq edin. Təbiətdə sevdiyiniz insanlarla vaxt keçirməyə çalışın. İnsanlar ancaq bu şəkildə öz psixologiyalarını qoruya bilərlər. Gələcəyə qarşı nikbin olmaq lazımdır. Hər insanın səs yazısına, dediyi sözə inanmaq olmaz. Belə bir xəstəliyin olduğunu qəbul edin. Bununla da yaşamaq mümkündür. Mütəxəssislərin rəyinə baxdıqda görürük ki, virus əvvəlki aqressivliyini qoruyub saxlaya bilmir. Önəmli olan düşüncə tərzimizi dəyişərək, immun sistemimizi güclü saxlamaqdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
XƏBƏR LENTİ
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)





