Sağlamlıq

Yayda həşərat dişləməsinə və günvurmaya qarşı bunları edin

6 Sentyabr 2020 16:07
Baxış: 1 319
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yay aylarında daha açıq geyinildiyi və həşəratların çox olduğu üçün allergiya daha da qabarır. Bunun səbəbi həm həşərat dişləməsi, həm də müxtəlif bitkilər ola bilər.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, yayada günvurma və həşərat dişləməsindən əziyyət çəksəniz, bunları edə bilərsiniz:

· Həşəratın sancdığı yeri sirkə ilə ovuşdurun.
· Sirkə ilə gül yağını qatıb, günvurma zamanı alını və gicgahları masaj edin.
· Arı sancan yerə yumurta ağı çəkib, üstünə kəklikotu və ya üzüm yarpağından təpitmə qoyun.
· Zəfərana nişasta qatıb, həşərat sancan yerə sürtün.
· Ağcaqanad və ya başqa həşəratların dişlədiyi yerə soğan sütrməklə qaşınmanın qarşısını almaq mümkündür.
· Qoz yarpağını bədənin açıq yerlərinə sürtsəniz sizi heç nə sancmaz.
· Əqrəb sancan zaman qaba süd töküb, həmin yeri südə qoyun. Əgər süd saralarsa demək, zəhər çıxıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.