Sağlamlıq

Göz və dodaq makiyajı edənlərə koronavirus XƏBƏRDARLIĞI

22 Avqust 2020 17:30
Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Araşdırmalar göstərir ki, koronavirus göz və dodaq makiyajında ​​istifadə olunan məhsullar vaistəsilə daha asan ötürülə bilir.

Milli.Az Lent.az istinadən məlumat verir ki, gözəllik mərkəzlərinə gedənlərə xəbərdarlıq olunur ki, daha ehtiyyatlı olsunlar.

Makiyajı insan əlləri kimi düşünün. Bir insanda virus varsa, əlini ağzına və ya burnuna toxunduranda infeksiya yayılacaq. Yalnız dodaq boyası üçün deyil, həm də ətir və göz makiyajı üçün istifadə olunan kosmetik vasitələrin ümumi istifadəsi də risklidir.

Belə bir dövrdə makiyaj məhsulunuzu bir başqasındakı ilə dəyişməyin. Bu, olduqca təhlükəlidir. Virus orada bir müddət canlı qala bilər.

Göz makiyaj məhsullarından da yoluxma ola bilər. Ortaq istifadə olunan testerələrdən uzaq durun. Daxilinizlə təmasda olan şeylər bölüşdürülməməlidir. Gözəllik mərkəzlərində istifadə olunanların hamısı steril olmalıdır.

Tək istifadə edilməlidir. Əks təqdirdə, 4-5 saat ərzində bir neçə müştəriyə istifadə etməklə virusu yayıla bilər. Əhəmiyyətli olan onun paylaşılmasının qarşısını almaqdır.

İnsanlar öz təhlükəsizliyi üçün makiyaj məhsullarını getdikləri məkana götürə bilərlər. Virus uzun müddət saçda canlı qalmır. Əhəmiyyətli olan bərbərlərdə kosmetik məhsullardır. Saç qurutma maşınları əgər virus daşıyırsa, hava axını yarada və virusu uzaq məsafədə oturan müştəriyə yoluxdura bilər.

Virusun yayılma riskini azaltmaq üçün bərbərlər və müştərilər diqqətli olmalıdırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.