Sağlamlıq

Kosmetik vasitələr virus daşıyıcısı ola bilər

19 Avqust 2020 23:34
Baxış: 1 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göz qələmi və dodaq boyası yeni növ koronavirusun yayılmasına səbəb ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsinin, uşaq infeksion xəstəliklər kafedrasının rəhbəri, professor Mehmed Ceyhan bildirib.

Professor bu riskin xüsusilə qadın gözəllik salonlarında daha yüksək olduğunu deyib. Onun sözlərinə görə, bu cür mərkəzlərdə kosmetik vasitələr sterilizə edilmədən bir neçə nəfərdə istifadə edilir. Bu da xəstəliyin yayılma səbəbləri arasında ilk sıralarda yer alır. Misal üçün, bir göz qələminin 4-5 saat ərzində bir neçə müştəri üzərində istifadəsi yoluxma riskini artırır. Bunun əsas səbəbi isə artıq hamımıza bəlli olduğu kimi, virusun əşyalar üzərində bir neçə saat canlı qalmasıdır.

Professor bunun qarşısının alınması üçün hər xanımın özünə məxsus gözəllik vasitəsindən istifadə etməsini məsləhət görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.