Sağlamlıq

Gündə nə qədər qarpız yemək olar?

8 Avqust 2020 16:48
Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarpız yayın ən çox sevilən məhsullarından biri, bəlkə də birincisidir. Yayda demək olar ki, hər gün qarpız yeyilir. Və çoxları qarpızı çox miqdarda qəbul edir. Çoxlu miqdarda qarpız yemək düzgündürmü? Qarpızı məhdudiyyətsiz qəbul etmək olarmı?

Milli.Az Lent.az-a istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, qarpızı kim nə qədər istədi yeyə bilməz, qədərini bilmək, normada qəbul etmək lazımdır. Qarpız - beta-karoten, A, B5, B6 vitaminləri ilə, silisium (Yer kürəsində oksigendən sonra ən çox yayılmış ikinci element) habelə kalsium, maqnezium, kalium, natrium, dəmir və digər faydalı maddələri özündə ehtiva edir. Bundan başqa, qədərində istifadəsi aclıq hissini ələ almağa kömək edir və arrıqlamaq istəyənlər üçün köməkçi rolu oynaya bilər. Amma bir şərtlə, yeyiləndə miqdarı gözlənilsin.

Qarpızın hər 100 qramına 5-10 qrama qədər şəkər düşür. Bu, birincisi, mədəaltı vəzinin həddindən artıq yüklənməsi deməkdir. İkincisi, onun nəzarətsiz istifadəsi artıq çəkiyə gətirib çıxara bilər. Mütəxəssislər hesab edir ki, böyüklər gündə 400-500 qrama, uşaqlar isə 300-400 qrama qədər qarpız yeyə bilərlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.