Sağlamlıq

Professordan PEYVƏND XƏBƏRDARLIĞI

7 Avqust 2020 23:10
Baxış: 1 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVİD-19 peyvəndinin istehsalı üçün tələsməmək şərtdir.

Milli.Az xəbər verir ki, bu sözləri israilli professor Yakob Berkun deyib.

İsraildəki Hadassah Tibb Mərkəzinin şöbə müdiri COVİD-19 peyvəndini kütləcvi tətbiq etməzdən əvvəl effektivliyi və etibarlılığına əmin olmaq üçün sınaqların üçüncü mərhələsində fərqli qruplardan minlərlə insanın iştirakını vacib hesab edir.

"Bunlar xərçəng xəstələrinə verdiyimiz sınaq dərmanlar deyil. Peyvənd sağlam insanlara inyeksiya olunduğu üçün risk altına girməmək lazımdır. Peyvəndin uğursuzluğu anti-peyvənd hərəkatını daha da qüvvətləndirə bilər", - professor qeyd edib.

Qeyd edək ki, Rusiya Birbaşa Sərmayə Fondunun prezidenti Kirill Dmitriyev 3 avqustdakı açıqlamasında COVİD-19 peyvəndinin 10 gün ərzində lisenziyalaşdırılacağını demişdi. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.