Sağlamlıq

Koronavirusa yoluxanlar xəstəliyin sonrakı fəsadlarından danışdı

24 İyul 2020 22:20
Baxış: 1 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, koronavirusun və onun müalicəsində istifadə olunan dərmanların saç tökülməsinə səbəb olduğu bildirilmişdi. Məlum olub ki, yeni tip virusdan sağalanların bu yöndə şikayətləri artmağa davam edir.

Milli.Az "The Sun"a istinadən bildirir ki, COVID-19-a yoluxan insanların çoxu şiddətli saç tökülmə problemi ilə üzləşib. Xəstələr sosial şəbəkələrdə və mütəxəssislərlə görüşdə xəstəliyin zərərli təsirindən şikayət edib. Xüsusilə kişilər saçlarının 55 faizədək seyrəkləşdiyini bildirib.

Həkimlər hesab edir ki, bu, temperaturun artması ilə əlaqəli ola bilər. Qızdırma saç tökülməsi ilə müşayiət oluna bilər, çünki onun təbii uzanma dövrü pozulur. Ancaq mütəxəssislər bu problemin müvəqqəti olduğunu vurğulayırlar. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.