Sağlamlıq

Xərçəngi 4 il qabaq tapan test hazırlandı

22 İyul 2020 21:50
Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və Çindən olan bir qrup alim xərçəng xəstəliyini dörd il öncədən müəyyən edən test hazırlaya bilib.

"Nature Communications" jurnalında yeer alan məqalədə qeyd edilir ki, bu test hər hansı simptomun meydana çıxmasından illər öncə insanın gələcəkdə bu ağır xəstəliklə üzləşib-üzləşməyəcəyini deyə bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, test xərçəngin 5 əsas növünü müəyyən edə bilir. Bunların arasında mədə, həzm sistemi, ciyər və s. var.

Testin müəllimlərinin sözlərinə görə, yekun məqsədləri testdən illik ənənəvi qan analizləri zamanı istifadə edilməsidir. Mütəxəssislər qan götürdükləri şəxslərin 91 faizində həmin dövr üçün heç bir simptomi olmasa da, xərçəngi tapa biliblər. Belə ki, bu şəxslərdə qan alizindən sonrakı 4 ildə müxxtəlif xərçəng növləri diaqnostika edilib.

Bununla yanaşı onlar qeyd edirlər ki, bu test xərçəngə meyilliliyi müəyyən etməyə imkan vermir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.