Sağlamlıq

Neyrocərrahdan XƏBƏRDARLIQ - Daha ağır baş ağrısı ilə qarşılaşa bilərik

26 Oktyabr 2020 07:07
Baxış: 1 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xroniki baş ağrısı ağrıkəsicilərlə müalicə edilməməlidir, çünki vəziyyəti daha da ağırlaşdıra bilər.

Milli.Az xəbər verir ki, bu barədə Burdenko Milli Tibb Tədqiqat Mərkəzinin neyrocərrah-alqoloqu məlumat verib. Bildirilib ki, daimi ağrılar olursa, dərhal həkimə müraciət etməlisiniz:

"Xroniki baş ağrılarına qarşı dərman qəbul etsək, başqa bir problemlə - daha ağır baş ağrısı ilə qarşılaşa bilərik. Həblər özləri baş ağrısı verməyə başlayacaq".

Ekspertlərin sözlərinə görə, bu cür ağrılar ümumi baş ağrısı ilə üst-üstə düşdükdə vəziyyəti o qədər ağırlaşdırır ki, hətta neyrocərrahiyyə sahəsində mütəxəssislər belə bir problemin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.