Sağlamlıq

COVID-19-a yoluxmamaq üçün ən sadə üsul açıqlandı

27 İyun 2020 17:18
Baxış: 5 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Boğazı qarqara etmək koronavirusun profilaktikasına və müalicəsinə kömək edə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tayvanlı alimlər belə bir iddia ilə çıxış ediblər.

Boğazı yaxalamaq üçün krandan gələn adi sudan, həmçinin, fizioloji məhlul və ya süfrə duzları olan qatqıdan istifadə etmək tövsiyə olunur.

Alimlər xəstəliyin ilk günlərində virusun məhz boğazda daha çox aktiv olduğunu, ən yüksək konsentrasiyanın burada toplandığını vurğulayırlar.

Tayvanlı elm adamlarına görə, boğazı yaxalamaq xəstəliyin erkən mərhələdə qarşısını ala bilər.

Mütəxəssislər qarqara etməyin maska və əlcək taxmaq qədər təsirli və zəruri olduğunu vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.