Sağlamlıq

Yaddaş zəifliyi və unutqanlıqdan əziyyət çəkənlərin DİQQƏTİNƏ

27 İyun 2020 16:30
Baxış: 1 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Küsü Universitetinin alimləri təsbit ediblər ki, soya lobyasının tərkibində olan zülal Altsheymer xəstəliyindən əziyyət çəkən insanın yaddaş pozğunluğunun qarşısını almaq iqtidarındadır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Science of Food" jurnalında dərc olunan məqalədə deyilir.

Müəlliflər qeyd edirlər ki, soya lobyasındakı molekulların tərkibində iki aminturşu mövcuddur - tirozin və prolin.

Mütəxəssislərin apardığı araşdırmalar təsdiqləyib ki, paxlalı bitkinin tərkibindəki faydalı maddələr qan və mərkəzi sinir sistemlərindən maneəsiz keçərək baş və onurğa beyinə daxil ola bilir.

Alimlərin sözlərinə görə, soya lobyasının tərkibindəki zülal həm uzunmüddətli, həm də qısamüddətli yaddaş pozğunluğuna qarşı müsbət təsir göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.