Sağlamlıq

Market paketlərində koronavirus ola bilər - Nə etməli?

26 İyun 2020 23:34
0 Şərh     Baxış: 2 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun yayılma təhlükəsi olan yerlərdən biri də marketlərdir. İndi karantinlə bağlı marketlərdə əvvəlki basabas, sıxlığı görməyə bilərsiz. Bəs market rəfi,səthləri, arabaları, xüsusən selofan torbaları, paketlərində virus varmı, yoluxurmu?

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, türkiyəli professor Ateş Kara bu barədə açıqlamasında virusun market torbalarında 2 saat qala biləcəyini bildirib.

"Plastik, sellofan və ən ideal market torbasında 1 saat içində yarıbayarı azalır. 2 saata isə tam məhv olur. Bu o demək deyil ki, butün paketlər virusludur. Ola bilər ki, satıcı, paketçi və ya alıcı xəstə olur, onun ağız suyundan virus paketlərin üzərinə çökür, ya da marketə virusa yoluxmuş xəstə insanlar çox gələ bilər, ümumilikdə virus yüklənməsi olur.

Ona görə də paketləri marketdən götürdükdə əlinizə əlcək geyib, onları evə çatdırdırdıqda, qapının arxasında və ya balkonda və ya həyətdə 2 saat saxlayıb sonra içəri gətirin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.