Ağcaqanad tez-tez sancırsa, bunları edin - TƏBİİ ÜSULLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Malyariya xəstəliyinin yayılmasında ağcaqanadlar əsas rol oynayır. Ölkəmizin dağlıq rayonlarından başqa qalan əhalisinin 7 milyonu risk altındadır, ona görə də ağcaqanadlarla mübarizə öz aktuallığını itirməyib.
Milli.Az xəbər verir ki, qorxulu təkcə onların sancmaları deyil, yaydığı infeksiyalardır. Ağcaqanadın 4 mindən artıq növü olsa da, onlardan yalnız ikisi-kuleks və edes növü narahatlıq yaradır. Kulekslərə daha çox evlərin zirzəmilərində rast gəlmək olur, edeslər isə küçə ağcaqanadlarıdır və bayırdan evə daxil olurlar.
Malyariya törədiciləri hamilə qadınları və dəriləri nazik olduğuna görə uşaqları daha çox sancırlar. Həşəratlar sarışınlara da meyl edir, ancaq sarı rəngi sevmir, tünd rəngdə paltar geyinənlərə hücum edirlər.
Ağcaqanadlardan qorunmaq üçün müəyyən yollar var. İlk növbədə, nəzərə almaq lazımdır ki, ağcaqanadlar mixək, reyhan, pişikotu, acı yovşanotu, ayrıqotu kökünün dəmləməsini, evkalipt və cirə ətrini, sidr şamının yağını xoşlamır, tütün qoxusundan uzaq qaçırlar.
5 qram mixək 1 stəkan suda 15 dəqiqə qaynadılır, soyuyandan sonra alınmış mayedən 10 damcı istənilən ətirə əlavə edilərək qarışdırılır və alınan məhlulun bədənə sürtülməsi 2 saat öz təsirini qoruyub saxlayır.
İsitqaçın içinə qaynar su tökülərək ağzı bağlanılır, üzərinə 100 qram kamfora spirti əlavə edilərək buxarlandırılır.
Samovar qalamaq üçün odun kimi şam və ya küknar ağacından istifadə edilməsi məsləhətdir, ocağa ardıc qozaları da atmaq olar.
Meşəyə gedərkən bədənin açıq yerlərinə balıq yağı sürtmək məsləhətdir.
Ağcaqanad sancdığı yerə nanə və ya toyuq əti qoyanda qaşınma azalır. Həşəratın sancdığı yerin şişməməsi üçün 1 stəkan suda yarım çay qaşığı çay sodası həll edilərək həmin nahiyələr silinir. Naşatır spirti və kalium-permanqanat məhlulundan da istifadə etmək olar.
Təzə sarımsaq, zeytun yağı, duz və sirkə, kömür və sirkə qarışıqları da yaxşı vasitədir.
Bir qədər əzilib yumşaldılmış bağayarpağı, cəfəri və nanə qaşıntını götürür. Dişləmə olan nahiyələrə təzə maye qoyularaq hər saatdan bir dəyişdirilir. Onu əzilmiş sarımsaqla da əvəz etmək olar.
Sancılan yer şişərək qaşınma verdikdə həşəratın zəhərini çıxarmaq üçün həmin nahiyəyə heyva şirəsi sürtülür. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Zülfiyyə Qurbanova: "Flmlərdəki öpüşmə, zorlama səhnələri paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"





