Sağlamlıq

"İkinci mərhələdə koronavirusun öldürücü gücü daha da artacaq" - BAŞ HƏKİM

21 İyun 2020 23:45
4 Şərh     Baxış: 3 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Dövlət Klinik Xəstəxanasının baş həkimi Alaksandr Myasnikov pandemiyanın gələcəyi ilə bağlı qorxunc proqnozla çıxış edib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, proseslərin gedişatının yaxşı heç nə vəd etmədiyini bildirən baş həkim, yaxın gələcəkdə Rusiyada vəziyyətin daha da dramatikləşəcəyini bildirib. O, indiki pandemiyanı sadəcə "məşq" adlandırıb:

"Koronavirusdan sonra bizi əsl dəhşətli bir epidemiya gözləyir. Bu pandemiya sadəcə bir məşqdir".

Baş həkim qeyd edib ki, proseslərin ikinci mərhələsində koronavirusun öldürücü gücü daha da artacaq. Belə ki, ölüm dərəcəsi 30-35% -ə yüksələcək.

A.Myasnikov epidemiyanın yayılması baxımından ən təhlükəli yerin isə məhz xəstəxanalar olacağını vurğulayıb.

Xatırladaq ki, Rusiya pandemiyadan ən çox əziyyət çəkən ölkələr sırasındadır və bu ölkədə virusa yoluxanlaırn sayında ciddi artım müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.