Sağlamlıq

Yuxunu pozan qidalar

15 İyun 2020 17:32
Baxış: 1 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspan dietoloqları sağlam yuxuya mane olan qidaların adlarını açıqlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, şam yeməyində pendir, qırmızı şərab və tünd şokoladdan istifadə yuxunun keyfiyyətini xeyli azaldır, xüsusilə də insan artıq yuxusuzluqdan əziyyət çəkirsə.

Dietoloqlar bəzi pendirlərin tərkibində stres vəziyyətlərində ifraz olunan norepinefrin fermentinin istehsalını artıran aminturşu olduğunu vurğulayırlar. Bu maddə rahat dincəlməyə mane olur.

Tünd şokoladda amin turşuları ilə birlikdə kofein olduğuna görə, bu qida yuxunu qaçırdır.

Mütəxəssislər gecə kələm yeməyi də məsləhət görmürlər, çünki bu tərəvəzin tərkibindəki həll olunmayan liflər uzun müddət həzm olunur və rahat yuxunu pozur.

Bundan əlavə, ədviyyatlı qidalar və pomidor suyu da rahat yuxuya mane ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.