Sağlamlıq

Koronavirusun daha bir fəsadı: Sinir sisteminə təhlükə yaradır

13 İyun 2020 15:00
Baxış: 1 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni növ koronavirusun səbəb olduğu daha bir problem elm adamlarına məlum olub.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, COVİD-19 xəstəliyi bütün sinir sisteminə təhlükə törədir.

Amerikalı mütəxəssislər ABŞ-ın Şimal-Qərb Universitetinin xəstəxanasında müalicə olunan koronavirus xəstələrinin retrospektiv analizilərinin nəticəsini araşdırıb.

Xəstələrin təxminən 50 faizində COVİD-19-un nevroloji fəsadları müşahidə edilib. Bu fəsadlar sırasında baş ağrısı və gicəllənməsi, sayıqlığın azalması, diqqət toplamaqda çətinliklər, dad və qoxu bilmənin itməsi, qıcolmalar, insult və əzələ ağrıları kimi simptomlar yer alıb.

Mütəxəssislər hesab edir ki, bu xəstəlik bütün sinir sisteminə, o cümlədən, beyin, onurğa beyni və sinirlərə təhlükə törədə bilər.

Bundan başqa, virus beynin və beyin qabığının birbaşa infeksiyasına yol aça bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.