Sağlamlıq

Alimlər uğura imza atdı - Koronavirus bir çox virusa nisbətən daha yavaş mutasiya edir

12 İyun 2020 23:21
0 Şərh     Baxış: 1 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Con Hopkins Universitetinin alimləri bildirib ki, SARS-CoV-2 yavaş-yavaş inkişaf edən viruslara aiddir, bu da uğurlu peyvəndi yaratmaq ehtimalını artırır.

Milli.Az xəbər verir ki, alimlərin araşdırması "Medical Xpress" saytında yayımlanıb.

Tədqiqatçıların fikrincə, virus 2019-cu ilin qışından bəri çox az genetik dəyişikliklərə məruz qalıb. Belə yavaş-yavaş dəyişən virusların ştamlarına qarşı vaksin, dərman hazırlamaq qripin törədicisi olan və sürətlə dəyişən yoluxucu agentlərə nisbətən daha asandır. Ümumiyyətlə, yüzlərlə növ koronavirus bir çox virusa nisbətən daha yavaş mutasiya edir.

Virusun peyvəndi üzərində çalışan alimlər SARS-CoV-2-nin xarici səthində yerləşən və virusun hüceyrəyə bağlanmasına, sonra onun içərisinə daxil olmasına imkan verən S-proteinə diqqət yetirib. Bu protein hüceyrənin səthindəki reseptor ilə birbaşa təmasa girən və peyvənd üçün ən çox hədəf kimi xidmət edən yüksək spesifik sahələrə malikdir. Bu günə qədər dünyanın hər yerində sıralanan 20 min genom nümunəsinin heç birində belə ciddi dəyişiklik müşahidə edilməyib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.