Sağlamlıq

İsti hava şəraitində soyuq qidaların qəbul edilməsi uşaqlarda boğaz ağrılarına səbəb ola bilər

10 İyun 2020 23:55
0 Şərh     Baxış: 1 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqlarda boğaz ağrılarının olması valideynləri çox narahat edir. Udqunarkən kəskin ağrı verən narahatlıq əksər hallarda bakteriyaların səbəb olduğu iltihablanma nəticəsində yaranır, yüksək temperatura gətirib çıxarır.

Milli.Az bildirir ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-otolarinqoloqu Gülyaz Kazımova AZƏRTAC-a deyib: "İsti hava şəraitində soyuq qidaların qəbul edilməsi boğaz ağrılarına səbəb ola bilər. Həddindən çox soyuq qidalar orqanizmə ziyan vurur. Normal soyuq qidalar, hətta çox soyuq olmayan dondurmalar da uşaqlarda boğaz ağrılarına səbəb olmur. Yalnız xroniki tonzilit, tez-tez anginası olan uşaqların yay fəslində daha tez boğaz ağrısına tutulmaq ehtimalı yüksəkdir".

Boğaz ağrısına əslində istənilən yaşda tutulmaq mümkündür. Lakin 1 yaşına çatmamış uşaqlarda həmin problem nadir halda müşahidə olunur. 4-7 yaş arası uşaqlarda isə ona daha çox rast gəlinir. Ona görə də mütəxəssislər yay aylarında uşaqları soyuqdəymə, isti və günvurmadan qorumağı, onların soyuq su içməsinə icazə verməməyi tövsiyə edirlər.

Həkim-otolarinqoloq deyib: "Valideynlər ilk növbədə uşaqların immunitetlərini artırmaq qayğısına qalmalıdırlar. Güclü immunitet normal həyat tərzi zamanı formalaşır. İnfeksion xəstəliklərdən qorunmaq üçün peyvəndin vurulmasını diqqət mərkəzində saxlamaq lazımdır".

Udqunmaqda, yemək yeyəndə və danışmaqda çətinlik törədən boğaz ağrısı həyat tərzinə və yaşam keyfiyyətinə mənfi təsir göstərir. Ağrılar adətən bir-iki gün ərzində davam edir. Yüksək hərarət, halsızlıq və bütün bədənə yayılan narahatlıq, süstlük, şiddətli öskürək, boğaz ağrısı bir həftədən artıq davam edərsə, ciddi tədbirlər görmək və həkimə üz tutmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.