Sağlamlıq

Alimlər öskürək siroplarının koronavirusa təhlükələri barədə xəbərdarlıq etdilər

5 İyun 2020 12:15
0 Şərh     Baxış: 1 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq alimlər qrupu çox sayda öskürək və soyuqdəymə dərmanlarında tapılan ortaq komponentin koronavirusa zərərli ola biləcəyini müəyyən edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Mütəxəssislərin fikrincə, dekstrometorfan SARS-CoV-2 patogen mikroorqanizmlərinin çoxalmasına səbəb ola bilər.

Tədqiqatçılar Afrikanın yaşıl meymunlarının hüceyrələri üzərində təcrübə aparıblar. Dərmanlara reaksiyada oxşarlıq müşahidə edilib.

Dekstrometorfanın virusa yoluxan heyvan hüceyrələrinə daxil olması ilə SARS-CoV-2-nin böyümə sürətinin artdığı məlum olub.

İstehsalçılar beyində öskürək refleksinə səbəb olan siqnalların təzyiqini azaltmaq üçün dekstrometorfandan istifadə edirlər. Bununla birlikdə, mütəxəssislər bu tərkib hissəsinin təsdiqlənmiş koronavirus xəstələrinə təsiri ilə bağlı əlavə tədqiqatların aparılmasının vacibliyi barədə xəbərdarlıq edirlər.

Daha əvvəl Stenford alimləri hepatit B-nin müalicəsində istifadə olunan dərmanın koronavirusun yüngül formasında müalicə üçün istifadə edilə biləcəyini qeyd ediblər. Bunun xəstələrin immunitet sistemini gücləndirməsinə kömək edəcəyi gözlənilir.

Yaxın gələcəkdə onun klinik sınaqlarının keçirilməsi planlaşdırılır. Dərmanın tərkibində respirator xəstəliklərin müalicəsində infeksiyanın ətrafında immuniteti "hərəkətləndirən" təbii zülalın süni forması var.

Bu dərman sayəsində alimlər sağalma sürətini artırmağa və virusun yayılmasını azaltmağa ümid edirlər.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.