Sağlamlıq

ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutlan hidroksixloroxin və xloroxinin sınaqlarını dayandırıb

25 May 2020 20:50
Baxış: 1 059

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun müalicəsi üçün nəzərdə tutulan hidroksixloroxin və xloroxinin sınaqlarını müvəqqəti olaraq dayandırdı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus brifinqdə bildirib.

"İcra qrupu həmrəylik sınaqları çərçivəsində hidroksixloroxin və xloroxinin istifadəsini müvəqqəti dayandırdı. Bunula birgə dərmanlar autoimun və malyariya xəstələri üçün etibarlı sayılmağa davam edir", - baş direktor qeyd edib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.