Arıqlamaq üsulları haqqında 10 RƏVAYƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Karantin günlərində keçən hərəkətsiz həyat tərzi nəticəsində çoxumuz istəməsə də, kökəldik. Qaydaların yumşaldılması və yayın yaxınlaşması bizə artıq çəkidən xilas olmaq yolları barədə düşünməyə imkan verir. Təəssüf ki, sosial şəbəkələrdə arıqlamaq barədə yayılan ənənəvi üsulların hamısı təsirli deyil.
Milli.Az arıqlamaqla bağlı əsas rəvayətləri pozmağa çalışıb. Rusiyalı sağlam qidalanma mütəxəssisi Lyudmila Denisenko çəki atmağa kömək edən qidaları və vərdişləri, eyni zamanda onların təsirini açıqlayıb.
1. Kərəviz, qreypfrut və kələm yağları yandırır
Əslində yağları yandıran qidalar yoxdur. Bəziləri metabolik sürəti artıra bilər, ancaq qısa müddətlik. Bunların heç biri arıqlamaq vasitəsi deyil.
2. Yaşıl çay arıqladır
Bu, doğru deyil. Yaşıl çay arteriyalar üçün təhlükəli olan xolesterini neytrallaşdıran polifenol maddələrdən ibarətdir.
3. Sıyıq kökəldir
Taxıl həqiqətən karbohidrat mənbəyidir. Ancaq tərkibində çox miqdarda lif olan dənli bitki yeyənlərin hamısı asanlıqla kökəlmir. Əgər karbohidrat və yağları birləşdirsəniz, bədən kütləsi indeksi artar, ancaq karbohidratları yağla birləşdirmirsinizsə, əksinə azalar. Odur ki, sizin üçün əlverişli olanı seçin - çox yağlı keto pəhriz və ya çox miqdarda lif ehtiva edən dənli bitkilər.
4. İştahı öldürmək üçün alma yeyin
Doğru deyil. Alma və digər meyvələr iştahı yatırmır, əksinə onu alovlandırır.
5. Suxariklər təzə çörəklə müqayisədə az kalorilidir
Doğru deyil. Suxariklər daha yüksək kalorilidir, çünki tərkibində çörəkdən daha çox yağ var.
6. Zülal pəhrizi təsirlidir
Xeyr! Tədqiqatlar göstərir ki, kök insanlar zülal tərkibi aşağı olan pəhriz sayəsində daha yaxşı arıqlayırlar, lakin təsiri uzun sürmür. Tezliklə yenidən kökəlməyə başlayırlar.
7. Arıqlamaq üçün ən yaxşı yol aclıqdır
Aclıq yorğunluq və başgicəllənməyə səbəb ola bilər, odur ki, bu yol təhlükəlidir. Bütün günü dözümlü olsanız, axşam yeməyindən üç qat çox yemək riski artır.
8. Ağ çörək kəpək çörəyindən daha kalorilidir
Bu doğru deyil. 100 qr çörək 100 qr kəpək çörəyi ilə eyni kalorini verir. Lakin kəpək çörəyində həzmə kömək edən bir çox lif və maqnezium var.
9. Mükəmməl bədən quruluşunun sirri salatlardadır
Bu yalnız qismən doğrudur: kahı yarpaqlarında demək olar ki, kalori yoxdur. Amma! Bilirik ki, kahı yarpaqları təkbaşına ümumiyyətlə istifadə edilmir. Ən çox salatlarda və qarnir kimi istifadə olunur. Salat souslarında isə kifayət qədər yağ var, bir qaşığı təxminən 80 kaloridir. Nəticədə kahı salatı arıqlamağa kömək etməyəcək.
10. Yeməkdən sonra saqqız çeynəmək faydalıdır
Saqqız həqiqətən nəfəsi təravətləndirir, ancaq onu ağız gigiyenası vasitəsi adlandırmaq olmaz. Saqqızın diş sağlamlığına müsbət təsirləri barədə elmi sübutlar məhsulların yalnız kiçik çeşidinə aiddir. Şəkər ehtiva edən saqqız diş minasına dağıdıcı təsir göstərən konfetlərdən fərqlənmir.
Saqqız periodontal toxumalara zərər verə bilər. Əslində üç dəqiqə ərzində gündə üç dəfədən çox saqqız çeynəmək tövsiyə olunmur. Əgər onu ağzınızda daha uzun müddət saxlasanız, mədə şirəsinin həddindən artıq sekresiyası meydana gələcək. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq





