Sağlamlıq

Koronavirusa yoluxan xəstələrin iybilmə qabiliyyəti niyə itir? - ARAŞDIRMA

15 May 2020 08:22
0 Şərh     Baxış: 1 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ alimləri bildirib ki, koronavirusun ən çox görülən əlamətlərindən biri - iybilmə qabiliyyətinin zəifləməsi və itməsidir.

Milli.Az xəbər verir ki, alimlər iybilmə qabiliyyətinin itirilmə səbəblərini aydınlaşdırıb.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, COVID-19 iylərin tanınmasına kömək edən zülalların köməyi ilə bədənə nüfuz edir. Bu maddələr burun boşluğunda ifraz olunur, üstəlik gəmiricilərin yaşlı nümayəndələri gənclərdən daha çox formalaşır. Alimlər belə bir mexanizmin insanlar üçün də keçərli olduğunu istisna etmir. Bundan əlavə, araşdırma yaşlı insanların koronavirusa daha həssas olma səbəblərini göstərib.

Bundan əvvəl Pasteur Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktor müavini Aleksandr Semyonov COVID-19-un təkcə tənəffüs sisteminə deyil, ürək-damar sisteminə də təsir etdiyini bildirmişdi. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.