Dərini və orqanları cavanlaşdırmaq üçün 3 ŞƏRQ TƏLİMİ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daosizm fəlsəfəsinin əsas nümayəndələrindən biri, qigong ustası və Şəfalı Tao Sisteminin yaradıcısı - Mantek Çia iddia edir ki, onurğanı gücləndirən məşqlər düşündüyümüzdən daha çox təsir edir. Xüsusilə onurğaya ciddi şəkildə təsir edir və böyrəkləri sağaldır, nəinki qaməti, eyni zamanda dərinin vəziyyətini də yaxşılaşdırır.
Milli.Az oxucuları həm qaməti düzləşdirən, həm də bədəni cavanlaşdıran 3 sadə məşqlə tanış edir.
Mantek Çianın qamət məşqləri sadədir və çox vaxt aparmır. Ancaq onlar ağciyərləri genişləndirməyə, qaraciyərin, böyrəklərin, mədə və bağırsaqların işini yaxşılaşdırmağa kömək edəcək. Təlim yalnız üç məşqdən ibarətdir və çox qısadır, onları istədiyiniz zaman, hər yerdə edə bilərsiniz.
1. Böyrəkləri və beli gücləndirən poza
Təsiri: Beli gücləndirməyə və böyrək sağlamlığını yaxşılaşdırmağa kömək edir, bədənin tonus və balansını artırır.
Fotodakı pozanı alın və əzələlərin dartıldığını hiss edin. Əlləri bu vəziyyətdə 10 saniyə saxlayın, sonra orijinal vəziyyətinə qayıdın. 6 dəfə təkrarlayın.
2. Çiyinləri düzəldən hərəkət
Təsiri: qaməti düzəldir, görmə qabiliyyətini yaxşılaşdırır, beli gücləndirir və düzəldir, sinəni açır, qanda oksigen dövranını yaxşılaşdırır.
Düz dayanıb başınızı arxaya doğru çevirin. Bu vəziyyətdə 15 saniyə dayanın, dərindən, bərabər və sakit şəkildə nəfəs alın. Gündə bir neçə dəfə əlverişli vaxtda məşq edin.
3. Onurğanı yuxarı dartın
Təsiri: ağciyərləri genişləndirir, nəfəs almağı asanlaşdırır, qaraciyərin, böyrəklərin, mədənin, bağırsaqların işini yaxşılaşdırır, cinsiyyət orqanlarının fəaliyyətini stimullaşdırır, mədəni sıxır, gözlərə qan axınını stimullaşdırır, yorğunluğu aradan qaldırır və gümrahlıq verir.
Düz durun, ayaqları bir-birindən 30 sm məsafədə saxlayın, barmaqlarınızı kilidləyin. Yumşaq və dərindən nəfəs alın, sonra əlləri başınızın üstünə qaldırıb dartının. Ayaq barmaqlarınızın ucunda dayanmağa çalışın. Düz və ya yuxarı baxın. Nəfəs alarkən əllərinizi aşağı salın. 6 dəfə təkrarlayın.
Mantek Çianın sağlamlıq təcrübəsi qamətin düzəldilməsi, mənfi emosiyaları müsbətə çevirmək, vücudu gərginlikdən azad etmək, hissləri və daxili orqanları gücləndirmək, xüsusilə cavanlaşdırmaq üçün sadə və çox təsirli üsuldur. Unutmayın ki, oturaq və hərəkətsiz həyat tərzi orqanizmin qocalmasına və birbaşa "iflas" olmasına gətirib çıxarır.
Gəncliyin ömrünü uzatmaq üçün hansı vərdişləri inkişaf etdirməli olduğunuzu öyrənin. Orta yaş dövrü özünüzdən imtina etmək və həyatın sonunu gözləmək demək deyil. Stresslə mübarizə aparmağı öyrəndikdən sonra bir çox şeyə fərqli baxacaq və vəziyyətin əsiri olmağa son qoyacaqsınız. Bu gündən bu sadə məşqlərə vaxt ayırmağa başlayın, tənbəllik etməyin. Məşqlərin sayəsində rahatlıq hiss edəcəksiniz. (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Qızıl yenidən bahalaşdı
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu





