Sağlamlıq

Qadınlarda ani ölüm riskini azaldan çay

21 İyun 2020 21:10
0 Şərh     Baxış: 1 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çobanyastığı çayı ömrü uzadır, xüsusilə, qadınlarda ani ölüm riskini azaldır.

Milli.Az xəbər verir ki, bu fakt Texas Universitetinin professorlarının apardıqları araşdırma nəticəsində ortaya çıxıb.

"Gerontolog" adlı jurnalda araşdırma nəticələrinə həsr olunan məqalə dərc edilib. Həmin məqalədə qeyd olunub ki, çobanyastığı çayı qadınlarda ani ölüm riskini 29 faizə qədər azaldır.

5 ştatdan 1,677 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, xüsusilə 65 yaşdan sonra çobanyastığı çayı içmək çox önəmlidir.

Daha öncəki araşdırmalarda çobanyastığının yaşlılığın əlamətlərini yox etdiyi məlum olmuşdu.

Qeyd edək ki, çobanyastığı qanda şəkərin səviyyəsini və təzyiqi sabitləşdirir, infarkt və iflic riskini azaldır. Həmçinin, həzm sistemi, yuxusuzluq, ekzema kimi problemlərə də yaxşı təsir edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.