Sağlamlıq

Xərçəngdən ürək-damar xəstəliklərinə qədər bir çox dərdin dərmanı olan MÖCÜZƏVİ BİTKİ

24 May 2020 20:40
0 Şərh     Baxış: 2 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşıl və qırmızı növləri daha çox istifadə olunan mərcinin qara rənglisi artıq məşhurlaşmağa başlayıb.

Milli.Az xəbər verir ki, digər mərci çeşidlərinə nisbətən daha kiçik və yüngül olan qara mərci xərçəngdən ürək xəstəliklərinə qədər bir çox problemlərin həllində effektivdir.

Asiya ölkələrində az rast gəlinən qara mərci lif qaynağıdır. Qida dəyərləri və vitaminlər sayəsində orqanizmi faydalılığı ilə zənginləşdirir.

Bu möcüzəvi bitki bizim eradan əvvəl 6000-ci ildə Nil çayının sahili, Dəclə və Fərat bölgəsində, 8000 min il öncə Mesopotomiyada becərilib. Lakin 1900-cu illərdə ABŞ tərəfindən ticarət məqsədilə yetişdiriləndən sonra məşhurluq qazanıb.

100 qram qara mərcinin tərkibində 360 kalori var. Bundan əlavə, 2,5 qr yağ, 55,8 qr karbohidrat, 1,3 qr şəkər, 14,2 qr lif, 27,5 qr protein mövcuddur.

Faydaları:

Qəbizliyin qarşısını alır.

Xolesterolu balanslaşdırır.

Ürək və damar xəstəliklərinə faydalıdır.

Xərçəng hüceyrələrinin formalaşmasını əngəlləyir.

Enerji verir.

Antioksidant xüsusiyyəti var.

Fol turşusu sayəsində qadınların hamilə qalmasını asanlaşdırır.

Qansızlıq və anemiya xəstəliklərinin qarşısını alır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.