Sağlamlıq

Koronavirus ən çox gözlərdə yaşayır - Sağalandan sonra belə

24 Aprel 2020 22:10
0 Şərh     Baxış: 1 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun RNA-sı gözlərin selikli qişasında güman olunduğundan da çox yaşayır, hətta xəstələrin analizi neqativ çıxsa da gözlərdə virus qalmaqda davam edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu İtaliya İnfeksion xəstəliklər İnstitutunun alimləri elmi tədqiqatın nəticəsində təyin ediblər.

Virus insandan insana öskürək və asqırmaq zərrəcikləri ilə yanaşı digər bioloji mayelərlə də keçir. Məsələn, xəstəxanalarda pasiyentlərin gözləri ilə kontakt həkimlərə virusu ötürüb.

İtaliyaya Yuhandan gəlmiş 55 yaşlı qadının burun və boğazından yaxma koronavirusu sübut etmişdi, amma 5 gün sonra onun gözlərindən alınmış yaxmada da virusun RNA-sı tapıdı.

Həkimlər bu qadından hər həftə gözdən analiz nümunəsi götürdülər. Müalicədən 20 gün sonra qadının burun, boğazı virusdan təmizlənsə də, gözlərdə virus qalmaqda idi. Orda virus 27 gün yaşadı.

"Biz aşkar etdik ki, koronaviruslu xəstələrin göz mayezində virus qalır və o, potensial yoluxdurucu qabiliyyətlidir. Ona görə ağız, burunla yanaşı gözlərə də çirkli əllərlə toxunmaq, ovmaq olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.