Sağlamlıq

Alimlərin üzərində çalışdığı koronavirus əleyhinə peyvənd sınaqdan keçiriləcək

22 Aprel 2020 22:58
0 Şərh     Baxış: 1 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oksford Universiteti alimlərinin üzərində çalışdığı koronavirus əleyhinə peyvənd cümə axşamı sınaqdan keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Səhiyyə naziri Mett Hankok peyvəndin insanlar üzərində sınaqdan keçiriləcəyini açıqlayıb.

Britaniyanın peyvənd tədqiqatlarına digər ölkələrdən daha çox pul ayırdığını deyən Hankok, Oksford Universitetində və London İmperial Kollecində aparılan araşdırmalarda uğurlu nəticələr əldə edildiyini bildirib. O, hökumətin bu iki universitet tərəfindən həyata keçirilən peyvəndlər üçün 20 milyon funt sterlinq pul ayırdığını söyləyib.

Həmçinin İmperial Kollecin "Twitter" hesabında peyvəndləri sınamaq üçün könüllülər axtarıldığı qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.