"Koronavirusu simptomsuz keçirən xəstələr virusu yaymaqla peyvənd rolunu oynayır".
Milli.Az medicina.az-a istinadən bildirir ki, akademik, virusoloq Feliks Yerşov deyib.
"Bu cür insanlar virusu yaymaqla peyvəndin etməli olduğunu edirlər. Kollektiv immunlaşma gedir. Bu göstərici 70 faizə çatanda xəstəliyin artımı başa çatacaq"- F.Yerşov bildirib.
Akademik qeyd edib ki, bu cür pasiyentləri simptomsuz xəstə deyil, sağlam infeksiya daşıyıcısı hesab edir:
"Onlar olduqca çoxdur. Rusiyada belələri 50 faiz təşkil edir. Əsasən, gənclər və uşaqlardır".
Milli.Az