Sağlamlıq

Koronavirusun siqaret çəkənlər üçün təhlükəsi - AÇIQLAMA

13 Aprel 2020 23:39
0 Şərh     Baxış: 2 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Siqaret çəkənlərin koronavirusa yoluxmaması ilə bağlı yayılmış mifi növbəti dəfə rədd ediblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Rusiyanın Onkoloji Elmi Mərkəzinin profilaktika şöbəsinin rəhbəri Vladimir Levşin "Sputnik" radiosuna müsahibəsində bu barədə danışıb.

O qeyd edib ki, hazırda guya siqaretin koronavirusdan qoruması ilə bağlı müxtəlif yanlış fikirlər səslənir:

"Bu, əlbəttə ki, cəfəngiyyatdır. Siqaret çəkmək koronavirusdan xilas etmir, əksinə, siqaret çəkənlərdə olan xəstəliklər bu virusu özünə cəlb edir".

Alimin sözlərinə görə, 5-6 il siqaret çəkənlərdə xroniki bronxit xəstəliyi yaranır ki, bu da sətəlcəm riskini bir neçə dəfə artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.