Sağlamlıq

Zəncəfil koronavirusun müalicəsində effektivdirmi? - ÜST rəsmisi açıqladı

6 Aprel 2020 02:30
0 Şərh     Baxış: 2 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda bütün dünyada koronavirusa (COVID-19) xalq təbabəti ilə qalib gəlmək istəyənlər çoxdur. Bir müddət əvvəl zəncəfilin, daha sonra limonun koronavirusun dərmanı olması ilə bağlı fikirlər yayıldı.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məsələyə Ümumdünya Səhiyyə Təşkilatı da biganə qalmayıb.

Belə ki, qurumun Səhiyyədə Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan bu barədə fikirlərini səsləndirib: 

"Əgər xəstələnəndə bal, limon, zəncəfil kimi sevimli müalicə vasitələriniz varsa, tövsiyə edirəm ki, istifadə etməyə davam edin. Amma xahiş edirəm, gəlin, sübut olmadan bu vasitələrin COVID-19-u müalicə etməsi ilə bağlı fərziyyələr irəli sürməyək. Hazırda COVID-19-un sübut olunmuş müalicəsi yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.