Sağlamlıq

Mədə xəstəliklərinin "düşməni" - Müntəzəm istifadə edildiyində...

21 İyun 2020 18:30
0 Şərh     Baxış: 2 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədə xəstəlikləri üçün ən müalicəvi bitkilərdən biri də nanədir.

Milli.Az xəbər verir ki, mədə ağrısından əziyyət çəkənlərə yabanı nanəni məsləhət görülür.

İlk növbədə nanə mədədə yaranan qazın aradan qaldırılmasında və iştahanın açılmasında effektiv rol oynayır.

Nanənin tərkibində uçucu yağ, tanen və acı maddə var. Bu bitkinin tərkibində olan faktorlar mədə problemi yaşayanlar üçün olduqca təsirlidir. Bununla yanaşı, nanənin kişilərdə güc artırma, ürək gücləndirmə, bədəndəki spazm ağrıları və ruhi-əsəbi narahatlıqlarını aradan qaldırmaq kimi faydaları da var.

Təbii dərman olan nanənin istifadə qaydası:

1-2 çay qaşığı qurudulmuş çöl nanəsi yarpağı üzərinə 1 stəkan qaynar su tökülür. 10-15 dəqiqə dəmlənməyə qoyulur. Çay gündə üç dəfə içilə bilər. Çox içmək məsləhət deyil, çünki başgicəllənməyə səbəb olar. Böyrək problemi olanlar da nanədən uzaq durmalıdırlar. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.