Sağlamlıq

Öskürəyi anında kəsən təbii üsullar

29 Fevral 2020 20:30
1 Şərh     Baxış: 3 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Havaların soyuq keçməsi ilə əlaqədar soyuqdəymə, öskürək hallarında artım müşahidə olunur.

Milli.Az öskürəyi anında kəsən üsulları təqdim edir.

Heyva yarpağı və cökə

Hər ikisini isti suyun içərisində 5 dəqiqə qaynadıb için. Bu qarışığın öskürəyə faydalı olduğu deyilir.

Qara istiotlu zeytun yağı

Zeytun yağını tavanın içərisində yanmayacaq formada isidin. Daha sonra içərisinə qara istiot əlavə edib, belinizə sürtün. Bu qarışığı sürtdükdən sonra dəsmalla bağlayın. Öskürəyi anında kəsdiyi deyilir.

Bal və zəncəfil tozu

Bir çay qaşığı bala zəncəfil tozu əlavə edib qarışdırın. Məcun hazır olduqdan sonra için.

Soğanlı su

1 ədəd soğanı 4 hissəyə bölüb su əlavə edib qaynadın. 5 dəqiqə qaynatdıqdan sonra ocağın altını söndürüb bir çay qaşığı bal əlavə edib qarışdırın. Yarım saat sonra öskürəkdən xilas olun. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.